Əsas Səhifə > Güney Press > “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir”
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir”Bu gün, 11:59 |
|
Məlum olduğu kimi, Azərbaycan Hərbi Hava Qüvvələri bu yaxınlarda yeni təlimləri başa çatdırıb. Tribuna.az xəbər verir ki, ordumuz Pakistandan alınan JF-17C Block 3 qırıcı təyyarələrin uçuşunu həyata keçirməklə yanaşı, həm də onu istismara qəbul edib. Bu hadisədən sonra erməni ekspertlər ciddi narahat olmağa başlayıblar. Belə ki, ekspert Ara Poqosyan bu hadisəni Azərbaycanın Cənubi Qafqazda hava məkanının sahibi elan edib. “Yerevan daxili məsələlərlə məşğul olduğu halda, Bakı hava üstünlüyü qazanır. Azərbaycanın yeni aldığı JF-17C Block 3 qırıcılarını sınaqdan keçirməsi bunun əyani sübutudur”. O qeyd edib ki, Azərbaycanın yeni qırıcıları istismara qəbul etməsi bölədə hərbi tarazlığı tamamilə dəyişdirəcək. Onun sözlərinə görə, yeni nəsil qırıcılara sahib olan Azərbaycanla havada savaşmaq mümkünsüz hala gələcək. Geri qayıt |