Əsas Səhifə > Güney Press > "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir"

"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir"


Bu gün, 11:15

"Teatr Xadimləri İttifaqı olaraq hər il Milli Teatr günündə yubileyini qeyd edən və teatr sənətində xidmətləri olan sənətkarları mükafatlandırırıq. Bu əvvəllər diplom, bir də "Sənətkar" medalı idi. Sonra fikirləşdik ki, sənətkarlarımız çoxdur, hamı bizdən mükafat gözləyir. Buna görə "Qızılgül" mükafatı təsis etdik. Qızılgülü mən görmüşdüm, o vaxt gəlib Azərpaşa Nemətova dedim. O da dedi ki, "bir qızıl güllə nə olacaq, bunun bir postamenti, yəni alt hissəsi də olmalıdır". Düşündüm, "Qızılgül" mükafatının dizaynını verdim. Bu mükafat öz yubileylərini qeyd edən sənətkar xanımlara verilir".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov deyib.
O daha sonra "Qızıl Dərviş" mükafatının yeniləndiyini bildirib:
"Teatr Xadimləri İttifaqında "Qızıl Dərviş" mükafatı var idi. Mən də bu mükafata layiq görülən sənətkarlardan biriyəm. Düzdür, o vaxtı mənə heykəlini yox, kağız parçasını verdilər. Çünki tamaşanın heyəti böyük idi. Biz "Qızıl Dərviş" mükafatını bərpa etdik, bir az da təkmilləşdirdik. Bu ilin ən yaxşı tamaşalarına baxırıq və ən yaxşı tamaşa "Qızıl Dərviş" mükafatına layiq görüləcək. Ötən il bu mükafatı bir tamaşaya, bir aktyora, bir aktrisaya verdik. Bu çox qiymətli bir mükafatdır. Bu mükafatın da yaranmasında mənim çox təkliflərim olub. Sənətkarları, aktyorları, rejissorları, aktrisaları mükafatlandırmaq lazımdır ki, onlarda həvəs yaransın ki, yeni rollar yaratsınlar. Biz bunlarla kifayətlənməyəcəyik, yeni mükafatlar haqqında da düşünəcəyik".

Geri qayıt