Əsas Səhifə > Güney Press > İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıbBu gün, 11:01 |
|
“Bank Melli İran” Bakı filialı 2026-cı ilin ilk yarımilliyini 2 milyon 324 min manat xalis mənfəət ilə başa vurub. Filial 2025-ci ilin eyni dövrünü 3 milyon 224 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 28% azalma deməkdir. Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 2025-ci ilin yanvar-iyun aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 835 min manat ikən, 2026-cı ilin eyni aylarında 2 milyon 681 min manata düşüb. Cari ilin iyul ayının 1-nə İran bankının aktivləri 121 milyon 532 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 1% çoxdur. Bunun 2 milyon 402 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 4% artıb. Hesabat dövründə bankın cəmi öhdəlikləri 65 milyon 855 min manat, cəmi kapitalı 55 milyon 677 min manat, yığılmış zərəri isə 17 milyon 934 min manat təşkil edib. Geri qayıt |