Əsas Səhifə > Güney Press > Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları

Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları


Bu gün, 06:23

Milli Onkologiya Mərkəzi (VÖEN: 1300597461) kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

"DİA-AZ"  xəbər verir ki, tenderin qalibi “Azəri MED” MMC (VÖEN: 1500072561) olub. Tərəflər arasında 39 milyon 962 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Azəri MED” MMC 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 8 milyon 256 min manat olan şirkətin qanuni təmsilçici Rəhimli Famil Vəli oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov, ev.30F ünvanında yerləşir.


Geri qayıt