Əsas Səhifə > Güney Press > Ayətullah Seyid Əli Xamenei dəfn edilib
Ayətullah Seyid Əli Xamenei dəfn edilibBu gün, 06:06 |
|
Ayətullah Seyid Əli Xamenei dəfn edilib. APA-nın Tehran bürosunun xəbərinə görə, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəddə İmam Rza hərəminin ərazisində torpağa tapşırılıb. Bundan əvvəl Tehranda və Qumda Əli Xamenei ilə vida mərasimləri keçirilib. Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei 37 il ərzində İran İslam Respublikasının Ali Rəhbəri olub. Seyid Əli Xamenei 19 aprel 1939-cu ildə İranın şərqində yerləşən Məşhəd şəhərində anadan olub. 1979-cu il İslam inqilabından sonra o, Ayətullah Ruhullah Xomeyni tərəfindən İnqilab Şurasının üzvü təyin edilib və daha sonra bir müddət İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik edib. İslam Cümhuriyyəti Partiyasının yaradılması və baş katibliyi, Tehran cümə namazının imamı, İran parlamentində nümayəndəlik, İran prezidenti və Məsləhət Şurasının rəhbərliyi Ayətullah Seyid Əli Xameneinin Ali Rəhbər vəzifəsinə seçilməsinədək tutduğu əsas vəzifələr sırasında olub. Ayətullah Seyid Əli Xamenei 4 iyun 1989-cu ildə Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İranın Ekspertlər Məclisi tərəfindən ölkənin Ali Rəhbəri seçilib. Geri qayıt |