Əsas Səhifə > Güney Press > Bakıda rusca filmlər kinoteatrları başına aldı
Bakıda rusca filmlər kinoteatrları başına aldıBu gün, 17:01 |
|
Azərbaycan kinoteatrlarında nümayiş olunan əksər xarici filmlərin əsasən rus dilində dublyajla təqdim edilməsi tamaşaçılar arasında narazılıq yaradıb. Hətta orijinal dili ingilis olan filmlər də rus dilində səsləndirilir. Eyni zamanda, Azərbaycan dilində təqdim olunan subtitrların keyfiyyəti də müzakirə mövzusudur. Məsələ ilə bağlı xalq şairi, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında bildirib ki, bu, qətiyyən doğru hərəkət deyil. “Yalnız türk dilində olan filmlər bizdə dublyaj olunmamalıdır. Lakin dünyanın harasından gəlirsə gəlsin, qalan bütün filmlər Azərbaycan kinoteatrlarında göstərilirsə, dublyaj olunmalıdır. Bu, müstəqil dövlətçiliyin əsas tələblərindən biridir. Müstəqil dövlətçilikdə boşluq buraxmaq olmaz. Əgər sən boşluq buraxsan, o boşluğu düşmən qüvvələr doldurar. Filmlər dublyaj olunmadan gedirsə, bu, o sahədə çalışan məmurların, bu sahəyə başçılıq edənlərin birbaşa günahıdır”, - o qeyd edib. Geri qayıt |