Əsas Səhifə > Güney Press > Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək

Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək


Bu gün, 11:33

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Texno Lyuks M” şirkəti ilə müqavilə bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müqavilənin maliyyə dəyəri 1,8 milyon manat müəyyənləşib.

Müqavilədə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Texno Lyuks M” şirkəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb. 50 manat nizamnamə kapitalı ilə yaradılmış şirkətin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur. Elm və Təhsil Nazirliyi şirkətlə 2022-ci ildən bəri 44 milyon 370 min manat dəyərində müqavilələr bağlayıb.


Geri qayıt