Əsas Səhifə > Güney Press / Ana xəbər > İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş...
İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş...Bu gün, 09:57 |
|
İran səfiri: "Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirdik..."
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Tehranda keçirilən mərhum ali rəhbər Əli Xameneyi ilə vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməməsinə münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" telekanalı "ArmenPress"ə istinadla məlumat yayıb.
"Ölkənin hansı səviyyədə təmsil olunacağı hər bir dövlətin daxili qərarıdır. Lakin İran vətəndaşları olaraq Ərdoğan və Əliyevin şəxsən iştirak edəcəyini gözləyirdik. Türkiyədən vitse-prezident, Azərbaycandan isə parlament sədri mərasimə qatıldı. Bu, bizim tarixi yaddaşımızda qalacaq.
Mən diplomat kimi danışıram, qalan qiymətləndirməni analitiklər edəcəklər", – deyə diplomat əlavə edib.
Geri qayıt |