Əsas Səhifə > Güney Press > Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək

Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək


Bu gün, 09:41

“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 10 avqust 2026-cı il tarixində saat 14:00-da cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 13X ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Yığıncağın gündəliyinə müşahidə şurasının 3 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sədr və üzvlərinin yenidən seçilməsi, cəmiyyətin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi, eləcə də digər məsələlər daxildir.

Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair materiallarla iş günləri saat 10:00-dan 18:00-dək cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər. Materiallarla tanışlıq ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 13X-dir.


Geri qayıt