Əsas Səhifə > Güney Press / Partiya > "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı"
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı"Bu gün, 07:32 |
|
"Rəsmi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında qeyd edən ReAL Partiyasının sədri Natiq Cəfərli daha sonra bildirir:
"Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanması. Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!
Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.
Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır..."
Bildirək ki, partiya sədrinə qarşı tərəf olaraq AQTA tərəfindən rəsmi cavab dərhal verildiyindən Natiq Cəfərli buna da fikrini təqdim edib. O, əlavə olunmuş açıqlamasında deyir:
"AQTA bizə cavab verdi: "Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".
Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı:
1) Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır! YaRaDır, qatığa niyə qara deyirsiniz ki?!
2) Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı "Maserati"də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni, xüsusi maşənda daşınan xəstə heyvan, "ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməcəm", kimi dərin, fəsləfi düşüncələrə qərq olmur!
3) Açıqlamada bu "rifah" məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib Unversitetə imtahan verməyə aparırlar?! Ay brat, aparıb kəsirlər e onları, nə rifah, nə beynəlxalq standartlar?!
Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!"
Geri qayıt |