Əsas Səhifə > Güney Press > “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını

“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını


Bu gün, 16:24

“Premium Garage” MMC-nin nizamnamə kapitalı kəskin artırılır.

Banker.az xəbər verir ki, “Premium Garage” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının artırılması barədə elan edib.

Şirkətin nizamnamə kapitalının artımı təsisçi “Stock Baku” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2 400 000 manat məbləğində əlavə mayanın (vəsaitin) qoyulması hesabına baş tutacaq.

Xatırladaq ki, “Premium Garage” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rzaxan Quliyevdir.


Geri qayıt