Əsas Səhifə > Güney Press > "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..."

"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..."


Bu gün, 13:47

"Aktyor sənətinə bu qədər laqeyd, bu qədər biganə yanaşmaq olmaz. O aktyor mənim ətimdən, qanımdandır, mənim millətimdir. O mənim dinim imanımdır. Mən ona necə laqeyd yanaşa bilərəm ki?! Bilirsinizmi necə qəribə istedadlı uşaqlar yetişib! Hərhalda televiziya verilişlərinə, tamaşalara baxırsız da. Elə təbii aktyorlarımız var ki.. Cavan uşaqlardır. Bütün tamaşanı aparırlar. Heç orada oynayan professional aktyorlara baxan yoxdur. Onları zamanında qiymətləndirmək lazımdır".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
O daha sonra əlavə edib:
"Mən o vaxt cənab prezidentlə görüşəndə hamı dedi ki, o qədər sənin kimi sənətkarlar danışıblar ki.. Heç nə də olmayacaq. 10 gündən sonra cənab prezidentim 3 teatra Akademik status verdi, həmin teatrlarda işləyənlərin əməkhaqları 100 faiz artdı, adi teatrlardakıların maaşı isə 50 faiz artırıldı. Deməli, bunu prezidentə deyəndə, o bu barədə biləndə o dəqiqə vəziyyət düzəlir. Amma qışqıraraq nəyisə tələb etmək olmaz. Sən nəyi tələb edirsən?! Sən həyatda nə etmisən ki, nə də tələb edirsən?! Sən bir özünə bax, sonra tələbini et. Tələbi də elə bir adam etməlidir ki, onun həqiqətən də bu həyatda bir rolu var. Onun tələbinə yox, bəlkə də qaltanlı səsinə baxacaqlar ki, bu hələm-hələm bu səslə danışan adam deyil. Görün vəziyyət nə dərəcədə gərgindir ki, bu adam məcbur olub bu mövzuda danışır. Demək ki, buna mütləq fikir vermək lazımdır. Hər yerindən duran ağzına gələni danışır. Filankəsin atasını qarışdırır filankəsin dayısına.. Sonda da qalır hörmətsiz vəziyyətdə".
Afaq Bəşirqızı bəzi səlahiyyətli şəxslərin mədəniyyət sahəsinə laqeyd münasibətindən də danışıb:
"Sanki edilməli olan işlərin qarşısı hansısa bir qüvvələr tərəfindən alınır. Bu çox qəribə bir şeydir. Tələb edən çoxdur, istəyən də... Amma buna çaba göstərən, çalışan, bu işin hasili üçün səy göstərən adamlar demək olar ki, yoxdur. Hamı deyir ki, "vallah, mənlik deyil". Yaxşı, bəs kimlikdir? Hamısını bir adamın boynuna qoymaq olmaz. Kömək lazımdır. Bəs bu vəzifələr nəyə lazımdır? Oturasız kef edəsiz, yığasız, sonra da boğmalanasız? Sonra da təqsir qalsın bir adamın boynunda? Danışanda çox əsəbləşirəm, bu mənim özümdən asılı deyil. Həkim də deyir ki, əsəbıəşmə. İncəsənət aləmində yeri səhv düşən adamlar çoxdur. Bacaran, əlindən gələn adamları yaxına buraxmırlar. Bilinmir niyə?", - deyə sənətkar bildirib.

Geri qayıt