Əsas Səhifə > Güney Press > UNEC-in mühafizəsinə 670 min xərclənəcək

UNEC-in mühafizəsinə 670 min xərclənəcək


Bu gün, 12:59

“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ (VÖEN: 1700091281) mühafizə xidmətinin alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Gesco” ASC (VÖEN: 1300664041) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 667 min 35 manat təşkil edib.

Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.


Geri qayıt