Əsas Səhifə > Güney Press > "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib"

"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib"


Bu gün, 12:57

"Ermənistan hakimiyyəti TRIPP layihəsinin həyata keçirilməsinin İran üçün heç bir təhlükə yaratmayacağına dair zəmanət verib".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami danışıb.

Diplomatın sözlərinə görə, Ermənistana nəqliyyat kommunikasiyalarını açmaq imkanı verilməlidir.

"Hesab edirəm ki, Ermənistanın blokadanı aradan qaldırmaq imkanını reallaşdıra biləcəyi bir mexanizm yaratmalıyıq. Eyni zamanda, ABŞ-nin bölgədəki mövcudluğundan qaynaqlanan potensial risklər və İrana qarşı yönələn təhdidlər idarə edilməli və onlara aydın cavab verilməlidir", - deyə o əlavə edib.

Habelə Ermənistanda müxalifət nümayəndələrinin həbslərinə münasibət bildirən səfir vurğulayıb ki, İran Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil.


Geri qayıt