Əsas Səhifə > Güney Press > Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı

Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı


Bu gün, 12:34

Sosial şəbəkədə tanınmış oftalmoloq-cərrah Benjamin Kərimovu təhqir edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, Benjamin Kərimov onu paylaşımının şərh bölməsində ağır formada təhqir edən şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verərək, təqsirləndirilən Fərman Heydərovun cəzalandırılmasını istəyib.

Təqsirləndirilən şəxs isə ittihamları qəbul etmədiyini, şərh yazılan feysbuk hesabının bir müddət əvvəl satdığı telefonda qaldığını, ümumiyyətlə görmə məhdudiyyətli olduğunu bildirib.

Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinən Fərman Heydərova 1000 manat məbləğində cərimə cəzasına təyin edilib.


Geri qayıt