Əsas Səhifə > Güney Press > Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı:
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı:Bu gün, 15:24 |
|
Bir neçə müxalifət qüvvəsi hökumətin dəyişdirilməsi tələbi ilə mitinqlər keçirməyə hazırlaşır. Publika.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan millət vəkili İşxan Saqatelyan bildirib. “Qırmızı xətləri olmayan bu hökumətə qarşı bütün müxalifət qüvvələrinin və ictimai xadimlərin koordinasiyalı mübarizəsi zəruridir. Əgər son altı ildə belə bir birləşmə əldə edilsəydi, bu gün ölkədə vəziyyət fərqli olardı”, - deyə Saqatelyan bildirib. Onun sözlərinə görə, konsolidasiya üçün əsas məsuliyyət ən böyük müxalifət siyasi qüvvələrinin üzərinə düşür. O qeyd edib ki, hansı siyasi qüvvələrin qətiyyətli hərəkətə hazır olduğunu müəyyən etmək, birgə yol xəritəsi hazırlamaq və onun həyata keçirilməsinə başlamaq lazımdır. Saqatelyan bildirib ki, müxalifət artıq konsolidasiyaya ehtiyac olduğunu başa düşür. O bildirib ki, hazırda hökumətin dəyişdirilməsinə yönəlmiş birgə fəaliyyət üçün vaxt çərçivəsi və mexanizmlər müzakirə olunur. Eyni zamanda, deputat hakimiyyət əleyhdarlarına təzyiqin artacağı fikrini bildirib. "Yaxın gələcəkdə milli düşüncəyə malik insanlar Türkiyə-Azərbaycan gündəliyinə xidmət etmədikləri üçün təqib olunacaqlar", - deyə o bildirib. O, siyasətlə məşğul olmayan, lakin Ermənistanın "türkləşmə prosesinə" qarşı çıxan ictimai xadimləri və biznes nümayəndələrini etiraz hərəkatına qoşulmağa çağırıb. İyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin apelyasiya şikayətlərini rədd etdi və Mərkəzi Seçki Komissiyasının ölkənin parlament seçkilərinin nəticələri ilə bağlı qərarını qüvvədə saxladı. Bundan sonra, digər qüvvələrlə yanaşı, Konstitusiya Məhkəməsində səsvermənin nəticələrinə etiraz edən iki müxalifət bloku – “Ermənistan” və “Güclü Ermənistan” mandatları qəbul etdiklərini və mübarizəni parlamentdə davam etdirəcəklərini elan etdilər. Geri qayıt |