Əsas Səhifə > Güney Press > Ədliyyə Nazirliyinin qurumlarından
Ədliyyə Nazirliyinin qurumlarındanBu gün, 14:57 |
|
Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar tenderlər elan edib. "DİA-AZ" xəbər verir ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti (VÖEN: 1700246911) mətbəx ləvazimatlarının satın alınması ilə bağlı ilkin ehtimal olunan qiyməti 94 min 815 manat olan tender elan edib. Son müraciət tarixi 22 iyul olan tenderdə iştirak haqqı 190 manat, istifadə haqqı 25 manatdır.Xidmət tərəfindən elan olunmuş digər tender çərçivəsində məhkumların idarə edilməsi sisteminə texniki dəstək xidmətinin satın alınması nəzərdə tutulur. Bu tenderin ilkin ehtimal olunan qiyməti 160 min 716 manatdır. Son müraciət tarixi 30 iyul olan tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manat təşkil edir. Hər iki tenderlə bağlı əlaqələndirici şəxs: Turxan – Satınalmalara nəzarət / İddiaçılar təkliflərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami 114 ünvanına təqdim edə bilərlər. Nazirliyin digər qurumu – Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi (VÖEN: 1400421021) idarədə və onun tabe qurumlarında 2026-ci ildə keçiriləcək təlimlərdə nahar və kofe fasilələrinin təşkil edilməsi xidmətlərinin satın alınması ilə bağlı ilkin ehtimal olunan qiyməti 14 min 701 manat olan tender elan edib. Son müraciət tarixi 21 iyul olan tenderdə iştirak haqqı 29 manat, istifadə haqqı 25 manat təşkil edir. Əlaqələndirici şəxs: Murad Əsədov - Maliyyə-təsərrüfat şöbəsinin rəisi / İddiaçılar təkliflərini Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 84, mənzil ¾ ünvanına təqdim edə bilərlər. Digər tender isə Ədliyyə Nazirliyinin Ədliyyə Akedmiyası (VÖEN: 1400309581) tərəfindən elan olunub. Tender çərçivəsində suvenirlərin satınalınması nəzərdə tutulub. İlkin ehtimal olunan qiymət 1 569 manat təşkil edir. Tenderdə iştirak haqqı 10 manat, istifadə haqqı 25 manatdır. Əlaqələndirici şəxs: Şəhriyar Məmmədov - Maliyyə və təminat şöbəsinin rəis müavini / shahriyar.mammadov@justice.gov.az / +994 12 493 71 31 İddiaçılar təkliflərini Bakı şəhəri, Bakı şəhər Nəsimi rayon Vidadi küçəsi 158 ünvanına təqdim edə bilərlər. Geri qayıt |