Əsas Səhifə > Güney Press > Keçmiş nazirdən vahid müəllim formasına etiraz:
Keçmiş nazirdən vahid müəllim formasına etiraz:Bu gün, 14:48 |
|
Milli Məclis dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbitini son oxunuşda qəbul edib. Bununla bağlı "Ümumi təhsil haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir. Sənəddə, həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb. Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, müəllimlərlə bağlı vahid geyim formasının tətbiq edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı keçmiş təhsil naziri, filologiya elmləri doktoru, professor Firudin Cəlilov “Cebheinfo.az”-a açıqlamasında müəllimlərin vahid geyim formasının ilə bağlı qərarın gülünc doğurduğunu bildirib: “Dünyanın heç bir ölkəsində belə fakt yoxdur. Ancaq şagirdlərin vahid geyimdə olmasının əhəmiyyəti var. Kənardan baxan bilir ki, bu şagird məktəbdə oxuyur. Yəni şagirdlər üçün vahid geyim formasının olması normaldır, ancaq müəllim üçün gülüncdür. Müəllim, məsələn, boz, yoxsa qara rəngdə kostyub geyinib dərs keçirsə, bunun dərsə nə aidiyyəti var? Müəllim sənəti hərbi sənət deyil. Yəni polis, hərbçi deyillər ki, vahid forma geysinlər. Müəllim vətəndaş kimi istədiyi geyimdə tədrislə məşğul olmalıdır. Ancaq müəllim özünü sinifdə, auditoriyada layiqli şəkildə aparmalıdır. O, geyimi ilə yox, danışığı, hərəkəti, davaranışı ilə şagirdlərə, tələbələrə nümunə olmalıdır, onların hörmətini qazanmalıdır. Heç bir ölkədə elə bir qanun yoxdur ki, müəllimlər vahid formada olmalıdır. Bəlkə də kişi müəllimlər eyni forma da ola bilər, bəs qadınlar hansı formanı geyəcəklər? Vallah, gülməlidir”. Geri qayıt |