Əsas Səhifə > Güney Press > Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldıBu gün, 11:40 |
|
Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. "Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Qalstanyan ondan seçki rüşvətxorluğu ilə bağlı verdiyi ifadələri təkzib etməsini tələb edib. İddiaya görə, bu ifadələr böhtan xarakteri daşıyır. O, həmçinin simvolik olaraq 49,7 dram təzminat istəyib. O, Paşinyandan məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra 5 iş günü ərzində onun şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan ifadələri açıq şəkildə təkzib etməsini tələb edir. Təkzib Ermənistan hökumətinin rəsmi saytında, Ermənistan Baş nazirinin rəsmi saytında, eləcə də ən azı 5000 tirajla mətbuatda dərc olunmalıdır. Geri qayıt |