Əsas Səhifə > Güney Press > "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?"

"Güdün, görüm nə vaxta qədər güdəcəksiz?"


Bu gün, 10:53

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Aktrisa ünvanına yazılan xoş sözlər və duaların onu sevindirdiyini bildirsə də, saxta profillərdən mənfi rəylər yazanlara da səslənib:
"Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə və əzizlərimə etdiyiniz gözəl dualara görə minnətdaram. Saf niyyətlə səhifəmi izləyən hər kəsə möhkəm can sağlığı arzu edirəm. Əlbəttə, şəkilsiz, sıfır profillərlə bəzən xoş olmayan sözlər yazanlar da olur. Yazıb-yazıb yorulacaqlar" deyə o bildirib.
Moderator.az-a açıqlama verən aktrisa bildirib ki, ona mənfi rəy yazanlar elə də çox deyil:
"Bir neçə gün əvvəl Kadir İnanırla fotolarımı paylaşmışdım. Bir izləyici sual vermişdi ki, niyə o oturub, siz ayaq üstəsiz? Mən də cavab verdim ki, iynə vurmuşdular, beli ağrıyırdı, bacısı oğlu da gəlmişdi. İnsanlar qəribə olub. Biri yazır ki, Kadir İnanırla şəkili fotoşopdur. Mənə elə də ciddi tənqid yazanlar yoxdur. Tənqidi rəylərin kimlər tərəfindən yazıldığını dəqiq bilməsəm də, amma təxmin edirəm. O profil sıfırla başlayanda bilirsən ki, saxtadır. Ya səninlə danışmayan, ya da sənə qarşı öyrədilən insandır. Çünki normal profili olan insan yazar, cavabını da alar. Necə ki, Kadir İnanırla bağlı yazmışdılar, mən də onlara cavab verdim. Görün mənə nə qədər gözəl sözlər yazıb, dualar edirlər. Onların hər birinə təşəkkür edirəm. İşi-gücü olan adam mənfi rəy yazmaz. Bu boş adamların işidir. Götürüb onlara mesaj yazmaq mənə qalmayıb. Hətta bəzən hansısa haqsız situatsiyaların şahidi oluram, deyirəm ki, mənim nəyimə lazımdır, özləri bilərlər. Ya like edirsən, ya da etmirsən. İnsanlarda həvəs var ki, boş başla oturub səni güdürlər. Hə, güdün görüm nə vaxta qədər güdəcəksiz?".
Aktrisa ünvanına yazılan xoş sözlər və duaların onu sevindirdiyini bildirsə də, saxta profillərdən mənfi rəylər yazanlara da səslənib:
"Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə və əzizlərimə etdiyiniz gözəl dualara görə minnətdaram. Saf niyyətlə səhifəmi izləyən hər kəsə möhkəm can sağlığı arzu edirəm. Əlbəttə, şəkilsiz, sıfır profillərlə bəzən xoş olmayan sözlər yazanlar da olur. Yazıb-yazıb yorulacaqlar".

Geri qayıt