Əsas Səhifə > Güney Press > Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri

Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri


Bu gün, 16:44

Ermənistan Rusiya ilə münasibətlərin gələcək inkişafına köklənib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı bildirib.

O qeyd edib ki, bu görüş ikitərəfli münasibətlərin gündəliyinin bütün spektrini müzakirə etmək üçün yaxşı fürsətdir:

"Son vaxtlar bəzi problemli məsələlər ortaya çıxıb. Əlbəttə ki, bu məsələləri müzakirə edərək həll edəcəyimizə ümid edirəm. Biz bütün məsələləri müzakirə etmək və aydınlaşdırmaq üçün konstruktiv şəkildə köklənmişik. Ümid edirəm ki, bugünkü danışıqların yekunlarına əsasən konkret məsələləri həll edə biləcəyik".

O, həmçinin qeyd edib ki, Ermənistan həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakda və Aİİ haqqında müqavilədə nəzərdə tutulmuş mexanizmlərin planlı rejimdə işləməsində maraqlıdır.

Öz növbəsində, M.Mişustin bildirib ki, Moskva seçkilərin yekunlarına əsasən formalaşmış yeni Ermənistan hökumətinin Rusiya ilə münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişafını təmin edəcəyinə ümid edir:

"Səsvermənin, seçkilərin yekunlarına əsasən formalaşacaq yeni hökumətin Rusiya-Ermənistan münasibətlərinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və qarşılıqlı maraqların nəzərə alınması ruhunda ardıcıl inkişafını təmin edəcəyinə ümid edirik".


Geri qayıt