Əsas Səhifə > Güney Press > Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad

Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad


Bu gün, 16:29

Tanınmış telejurnalist Günel Gözəlova Səhiyyə Nazirliyinin Mətbuat xidmətini fəaliyyətsizlikdə ittiham edib

Gununsesi.info-nun xəbərinə görə, bu barədə telejurnalist özünün sosial şəbəkə hesabında qeyd paylaşıb:

“Hörmətli jurnalist həmkarlar, sizlərə səslənirəm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti nə işlə məşğuldur. Ümumiyyətlə mətbuat xidmətinin işi nədir, niyə maaş alır? Mən bildiklərimi unutmuşam, Siz deyin, bilək.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti xahiş edirəm, müvafiq qurumun mətbuat xidməti ilə bağlı araşdırma aparın. Nə işlə və necə məşğuldurlar.”

Qeyd edək ki, Günel Gözəlovanın bu paylaşımı çoxsaylı jurnalistlərin diqqətini çəkib. Paylaşıma yazılan rəylərdə onların əksəriyyəti telejurnalistin Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov barədə səsləndirdiyi fikirləri dəstəkləyib. Şərh yazanların çoxu Pərviz Abubəkirovu fəaliyyətsizlikdə ittiham edib.


Geri qayıt