Əsas Səhifə > Güney Press > Azərbaycanda bazarın səhmdarlarına

Azərbaycanda bazarın səhmdarlarına


Bu gün, 16:01

“Suraxanı Bazar” ASC (VÖEN: 1900016211) 2025-ci il üçün dividendlərin ödənilməsini həyata keçirəcək.

"DİA-AZ" xəbər verir ki, bu məqsədlə səhmdarlar adlarını, soyadlarını və atalarının adlarını qeyd etməklə bank rekvizitlərini suraxani_bazar_asc@mail.ru elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd edək ki, “Suraxanı Bazar” ASC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 min 848 manat, qanuni təmsilçisi Əsgərov Rəşid Fərhad oğludur. Şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Malik Mustafayev ev.7 ünvanında yerləşir.


Geri qayıt