Əsas Səhifə > Güney Press > Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdiBu gün, 14:59 |
|
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədli vəfat edib. Bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyası rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda bildirilir ki, qurumun rəhbərliyi və kollektivi Xanbala Əhmədlinin vəfatından dərin kədərləndiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib. Paylaşımda deyilir: "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbərliyi və kollektivi qurumun Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" Qeyd edək ki, Xanbala Əhmədlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Geri qayıt |