Əsas Səhifə > Güney Press > "Kredit Evi"nin səhmdarlarından biri payını bağışlayıb

"Kredit Evi"nin səhmdarlarından biri payını bağışlayıb


Bu gün, 14:57

"Kredit Evi" ASC-nin səhmlərinin 50%-nə nəzarət edən Kazım Hüseynov payını bağışlayıb.

"Report" xəbər verir ki, o payını Dürrə Hüseynovaya verib.

Şirkətin səhmlərinin qalan 50 %-i əvvəlki kimi Səbuhi Əzizova məxsusdur.

Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 404 min manatdır. S.Əzizov həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 50 %-nə nəzarət edir.


Geri qayıt