Əsas Səhifə > Güney Press > Bakıda kişi arvadını narahat edən şəxsi avtomobillə vuraraq öldürüb
Bakıda kişi arvadını narahat edən şəxsi avtomobillə vuraraq öldürübBu gün, 13:10 |
|
Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif Teleqraf-a bildirib ki, qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb. *** 08:26 Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Teleqraf xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü A.Nağıyev idarə etdiyi "BMW" markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü A.Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə A.Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Nağıyev müəyyən edilərək saxlanılıb. Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə A.Şahmuradovun A.Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |