Əsas Səhifə > Güney Press > “Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb

“Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb


Bu gün, 13:07

“Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı azaldılıb.

Dövlət qeydiyyat məlumatlarına əsasən, şirkətin nizamnamə kapitalı 10.112 mln. manatdan 5.45 mln. manata endirilib. Bununla da şirkətin kapitalı 4.662 mln. manat və ya təxminən 46.1% azalıb.

Bu azalma ilə bağlı hələ 11 mart 2026-cı il tarixində elan verilmişdi.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil”i 2023-cü ilin avqust ayında özəlləşdirib. Bununla bağlı elan edilmiş investisiya müsabiqəsinin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC olub.


Geri qayıt