Əsas Səhifə > Güney Press > "Toppuş bacı"nın qardaşının ölümünün təfərrüatı:
"Toppuş bacı"nın qardaşının ölümünün təfərrüatı:Bu gün, 10:33 |
|
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib. Belə ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.
Moderator.az-a açıqlama verən mərhumun bacısı Təranə Əliyeva bildirib ki, qardaşının ölümünə səbəb ürək çatışmazlığı olub:
"Qardaşım Moskvada yaşayırdı və orada bizneslə məşğul olurdu. Ölümündən bir gün əvvəl də danışmışdıq. Heç bir xəstəliyi yox idi. Ürək çatışmazlığından dünyasını dəyişdi. 10 il idi ki, Azərbaycana gəlmirdi. 3 övladı var. Sağlığında özü vəsiyyət etmişdi ki, ona nəsə olsa qərib ölkədə yox, Azərbaycanda dəfn olunsun. Ailəsinin, övladlarının da istəyi bu oldu. İki gün öncə Gəncədə, İmamzadə qəbirstanlığında dəfn etdik".
Qeyd edək ki, mərhumun bacısı, Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən dünyasını dəyişib. Mərhumun digər iki bacısı Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevadır.
Geri qayıt |