Əsas Səhifə > Güney Press > Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi
Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndiDünən, 08:19 |
|
Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Hacyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə araşdırması ilə müəyyən olunub ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə sol qaşüstü nahiyənin əzilmiş yarası, sol saidin aşağı üçdəbir hissəsinin arxa səthində qançır və şişkinliklə müşayiət olunan əzilmə xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurma kimi qiymətləndirilib.Nizami Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edib, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına isə xitam verib.Bu qərarla razılaşmayan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində qanunauyğun hökm çıxarılmasını xahiş edib.
Beləliklə, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin cinayət məsuliyyətindən azadetmə barədə qərarı isə hüquqi qüvvəsini itirib. Geri qayıt |