Əsas Səhifə > Güney Press > Benzin qıtlığı yaşayan Rusiyanın

Benzin qıtlığı yaşayan Rusiyanın


Bu gün, 04:14

Belarusdan Rusiyaya iyun ayında benzin idxalı tarixi maksimuma çatıb.
"DİA-AZ" xəbər verir ki, məlumatı “Vedomosti” Qiymət İndeksləri Mərkəzinin rəqəmlərinə istinadən yazıb. Məlumata görə, iyunun 1-dən 25-nə Rusiyaya Belarusdan 141 min ton benzin gətirilib ki, bu da mayda göstəricidən 2,5 dəfə çoxdur. Müqayisə üçün keçən ilin analoji dövründə Rusiya Belarusdan cəmi 1000 ton benzin idxal edib.
Mərkəzin rəqəmlərində göstərilir ki, Belarus Rusiyaya əvvəllər Mərkəzi Asiya ölkələrinə tədarük üçün nəzərdə tutulan yanacağın bir hissəsini göndərib. Eyni zamanda bu dövr ərzində Rusiya ərazisindən Belarus benzininin tranziti 196 min tondan 24 min tona düşüb.
AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, hökumətə yaxın media idxalın artmasının Rusiyanın yanacaq bazarında yaranan vəziyyəti yumşaldacaq, amma onu yanacaq qıtlığının tam qarşısını ala bilməyəcək. “Vedomosti”yə danışan energetika eksperti Kiril Rodionov deyib ki, Belarus ayda 150-170 min ton benzin ixrac etmək qabiliyyətindədir. Bununla belə “Reuters”in hesablamalarına görə, yayda Rusiyada gündəlik benzin tələbatı 110 min tonu keçir.
Ukraynanın Rusiyanın neft müəssisələrinə zərbələri nəticəsində Rusiyanın bir çox bölgələrində benzin qıtlığı yaranıb. Bəzi şəhərlərdə və bölgələrdə benzinin azad satışı tam qadağan edilib. Yanacaq bu yerlərdə xüsusi kartlarla yalnız xidmət avtomobillərinə verilir. Bəzi şəhərlərdə isə benzin çatışmazlığı yanacaqdoldurma məntəqələri önündə uzun növbələrə gətirib çıxarıb.
Bununla belə Rusiya hakimiyyət nümayəndələri benzin qıtlığını tam etiraf etməsələr də daha pozitiv açıqlamalar verirlər. Dumanın Energetika Komitəsinin sədrinin müavini İqor Ananski “yanacaq böhranının aktiv fazasının bu həftə bitəcəyini” RTVİ kanalına deyib. O, hökumətin böhranın qarşısını almaq üçün bəzi müəssisələrə hətta “Avro-3" standartında yanacaq istehsalına icazə verdiyini bildirib.
Rusiyanın təkcə Belarus yox, eləcə də Hindistan və Qazaxıstandan benzin tədarükü üçün danışıqlar apardığına dair məlumat bundan öncə mətbuatda yer alıb.

Geri qayıt