Əsas Səhifə > Güney Press / Ana xəbər > Kərəm Həsənovun işçisinin su qiymətinə özəlləşdirdiyi obyektlər
Kərəm Həsənovun işçisinin su qiymətinə özəlləşdirdiyi obyektlər27-06-2014, 12:28 |
![]() Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin 6 Saylı Beyləqan Ərazi İdarəsinin müdiri Elgiz Vəliyevin heç bir səlahiyyəti yoxdur. İdarə müdirinin bütün səlahiyyətləri Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov öz əlində toplayıb. Hətta 6 Saylı Beyləqan Ərazi İdarəsinin möhürü belə Elgiz Vəliyevdə deyil, Zaman İmanovdadır. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, 6 Saylı Beyləqan Ərazi İdarəsində aparılan bütün işlər Zaman İmanovun nəzarəti altında həyata keçirilir. Zaman İmanovun buna görə hər ay Elgiz Vəliyevə 2000 manatlıq paket verdiyi iddia olunur. Bunun müqabilində isə Elgiz Vəliyev Zaman İmanovun heç bir işinə qarışmır. Hətta 6 Saylı Beyləqan Ərazi İdarəsinin müdirinin ayda bir neçə dəfə işə çıxdığı qeyd olunur. Daxil olan məlumatda bildirilir ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin keçirdiyi iclaslara Elgiz Vəliyevin əvəzinə Zaman İmanov qatılır. Hətta həftənin 6-cı günü Baş idarəyə aparılan sənədləri belə rəsmi ezamiyyət göndərişi ilə şöbə müdirir aparır. Zaman İmanova isə bu səlahiyyətləri verən qardaşı, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun verdiyi bildirilir. Zaman İmanov tək 6 Saylı Beyləqan Ərazi İdarəsini idarə etmir. Məlumata əsasən Məhəmməd İmanov həmçinin qardaşının nəzarəti altına bölgədəki bütün rayonları verib. Və bu rayonlardan toplanan qeyri-rəsmi gəlirlər üzərində Zaman İmanovun birbaşa nəzarəti var. Həmçinin bu rayonlarda özəlləşdirilənə obyektlərin böyük hissəsi İmanov qardaşlarının əlinə keçib. Qardaşlar dövlət əmlakını dyərindən dəfələrlə aşağı qiymətə öz qohumlarının və yaxud da yaxın bildikləri şəxslərin adına özəlləşdirir və sonradan baha qiymətə satırlar. Bu yolla həm dövlət büdcəsinə külli miqdarda ziyan dəyib, həm də İmenov qardaşları böyük sərvət sahibinə çevrilirlər. Məlumatlı mənbə bildirir ki, Zaman İmanovun bütün qohumları, əqrabaları və kürəkəni 6 saylı Beyləqan Ərazi idarəsində işləyir. Əldə etdiyi milyonlar sayəsində idarənin ətrafındakı əraziləri qeyri qanuni olaraq su qiymətinə qohumlarının adına alan şöbə müdiri indidə Beyləqan şəhərindən Bolsulu, Təzəkənd kəndlərinə gedən magistiral yolun üzərində dəyəri bir neşə yüz min manat olan tikinti mal matreallarının topdan satış mərkəzini tikdirir. Həmin mərkəzin 700 kvadrat metr olan ərazisini isə qeri qanuni yeznəsinin adına sənədləşdirdiyi qeyd olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |