Əsas Səhifə > Güney Press > Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib

Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib


Bu gün, 09:03

Ukraynanın müdafiə sənayesi müharibə sayəsində unikal üstünlük əldə edib – istehsalçılar yeni silahları real döyüş şəraitində sınaqdan keçirə, hərbçilərdən operativ rəy ala və bir neçə gün ərzində lazımi dəyişikliklər edə bilirlər. Məhz bu təcrübə hazırda NATO ölkələri və Qərbin müdafiə sənayesi şirkətləri tərəfindən diqqətlə öyrənilir.

Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri NATO nümayəndələrinə, Ukraynanın silah istehsalçılarına və dövlət rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, döyüş meydanında vəziyyət sürətlə dəyişdiyi üçün yeni texnologiyalar cəmi bir neçə həftə ərzində aktuallığını itirə bilər. Buna görə də Ukrayna hərbçilərlə istehsalçılar arasındakı əlaqəni maksimum dərəcədə qısaldıb.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali komandanının müavini Con Strinqerin sözlərinə görə, məhz belə yüksək innovasiya sürəti hazırda Qərb ölkələrində çatışmır.

Onun sözlərinə görə, Ukraynada yeni texnologiyaların tətbiqi və uyğunlaşdırılması prosesi illərlə deyil, həftələrlə aparılır.


Geri qayıt