Əsas Səhifə > Güney Press > Erməni siyasilər Danelyanı ələ saldılar:

Erməni siyasilər Danelyanı ələ saldılar:


Bu gün, 13:23

Xəbər verildiyi kimi, iki gün öncə separatçı Aşot Danelyan qondarma “parlament”in rəhbərliyindən istefa verdiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, o, Ermənistanda yaranmış yeni siyasi reallıq fonunda bu addımı atmalı olub.

Lakin Danelyanın bu hərəkəti Ermənistanda gülüş obyektinə çevrilib. Ciddi siyasi dairələr, habelə ictimai və siyasi fəallar separatçını ələ salaraq, ona “olmayan bir şeydən necə istefa vermisən” sualları ünvanlayıblar.

İctimai fəal Robert Petrosyan bununla bağlı yazıb: “Aşot Danelyan olmayan “parlament”in, mövcud olmayan “respublika”nın vəzifəsindən istefa verib. Gülməli və absurddur. Olmayan bir şeydən necə istefa verimək olar?”.


Geri qayıt