Əsas Səhifə > Güney Press > Dövlət qurumu geyim alır

Dövlət qurumu geyim alır


Bu gün, 13:14

Daxili İşlər Nazirliyinin Komendat Xidməti (VÖEN: 1700425571) xüsusi geyim formasının alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “ERC Tekstil” MMC (VÖEN: 2907170001) olub. Tərəflər arasında 42 min 11 manatlıq satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, qalib şirkət ötən ay ərzində Azərbaycan Mərkəzi Bankı ilə müxtəlif təyinatlı geyimlərin satın alınması ilə bağlı 24 min 797 min manatlıq, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə xüsusi geyim formasının satın alınması ilə bağlı 70 min 4 manatlıq müqavilələr imzalanıb. Şirkətin qalibi olduğu tenderlərin ümumi məbləği 136 min 812 manat təşkil edib.

Qeyd edək ki, “ERC Tekstil” MMC 2023-cü ilin 1 avqust tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Həziyev Elmir Bulud oğludur. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhər, 1-ci mkr, ev.45V, M.28 ünvanında yerləşir.


Geri qayıt