Əsas Səhifə > Güney Press > “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?”
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?”Bu gün, 12:56 |
|
“O vaxt “Təhminə” filminin qala gecəsinə qatıla bilmədim. Müharibə dövrü olduğu üçün məni dəvət edə bilmədilər. Amma bilirdim ki, qala gecəsində Azərbaycanda da çox izdiham yaşanmışdı. Rasim Ocaqov elə gözəl insan idi ki.. Dedi ki, “Meral xanım üçün Türkiyədə qala gecəsi edəcəm”. Dedi və sözünün üstündə də durdu. Təsəvvür etməzsiniz ki, nə qədər bir izdihamlı qala gecəsi keçdi. O qədər həyəcanlı idim ki.. Öz filmimin qala gecəsində gözümdən axan yaşlar sel oldu. Rasim Ocaqova bu gün də minnətdaram ki, məni belə bir yaddaqalan filmə çəkib və azərbaycanlıların ulduzu edib” Bunu Moderator.az-a açıqlamasında tanınmış türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra filmin dublyajından danışıb: “Rasim Ocaqov filmin senarisini mənə vermişdi. Mən isə senarini demək olar ki, əzbərləmişdim. Çünki Azərbaycan sözlərinin əksəriyyətini bilmədiyimə görə yeganə çıxış yolu əzbərləmək idi. Film əslində səsli çəkilmişdi. Montaj prosesində rejissor belə qərar verdi ki, dublyaj olunsun. Mənim səsimin üstünə dublyaj səsi qoyuldu. Nəcibə xanım Təhminəni çox gözəl səsləndirmişdi. Mən özüm də çox bəyəndim və illər sonra onunla görüşəndə təşəkkür etdim” deyə o bildirib. Meral Konrat deyir ki, çəkiliş prosesində o qədər inandırıcı oynayıblar ki, tamaşaçıların ağlında suallar yaranıb: “Fəxrəddinlə çalışırdıq ki, çox gözəl tərəfmüqabili olub, inandırıcı oynayaq. Filmdən sonra həyatda da dostlaşdıq. Fəxrəddin mənim üçün çox dəyərlidir. Əlbəttə ki, həm də Azərbaycanın ən önəmli aktyorlarından biridir. Filmdən sonra suallar verirdilər ki, həqiqətənmi eşq yaşamışdınız? Elə bir hal baş verməyib. Bizim sadəcə məqsədimiz rollarımızı inandırıcı oynamaq idi” deyə Meral Konrat bildirib. Geri qayıt |