Əsas Səhifə > Güney Press > Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi

Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi


Bu gün, 12:15

ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlar üçün bir həftəlik fasilə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp 4 iyul Müstəqillik Gününü qeyd etmək üçün Cənubi Dakotadakı Raşmor dağındakı çıxışında bildirib.
“Onlar razılaşmaya çox can atırlar. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə verdik”, - Amerika lideri deyib.
Digər tərəfdən, “The Wall Street Journal” qəzetinin mənbələrə istinadla verdiyi məlumata görə, Tramp köməkçilərinə Tehranla danışıqların anlaşma memorandumunda müəyyən edilmiş 60 günlük müddətdən sonraya uzadılmasında heç bir problem görmədiyini bildirib.
Qeyd edək ki, İranın mərhum Ali Liderinin dəfn mərasimi iyulun 3-də Tehranda başlayıb. Xameneinin vida mərasimi iyulun 9-dək Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində keçiriləcək. Xamenei Məşhəddəki İmam Rza türbəsində dəfn olunacaq.


Geri qayıt