Əsas Səhifə > Güney Press > “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?”

“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?”


Bu gün, 10:01

“Müasir dövrdə demək olar ki, müğənnilər çox az klip çəkdirirlər. O vaxt televiziyada kliplərin nümayiş olunması üçün klip saatları var idi. Bu gün yoxdur. Bilmirəm, bəlkə də buna görə bu gün müğənnilər klip çəkdirmirlər. Amma mən ara-sıra klip çəkdirib, sosial platformalarda yayımlayıram. Çox xoşbəxt müğənniyəm ki, hər zaman peşəkarlarla işləmişəm”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, sevilən müğənni Könül Kərimova deyib.

O daha ilk klipinin müəllifinin mərhum rejissor Arif Qazıyev olduğunu bildirib:

“O vaxt Arif Qazıyev muğam teatrına rəhbərlik edirdi. Məni də digər müğənnilər kimi ora dəvət etmişdi. Mənə dedi ki, “çox gözəl, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?”. Hələ də o klip çəkilişlərinin dadı damağımdan getməyib. Çox əziyyət çəksəkdə də gözəl işlər ortaya çıxarmışıq. “Bir ailəm var” klipini təxminən 25 il əvvəl çəkdirmişik. Bu mənim ilk klipim idi. Təsəvvür edirsiniz, ilk klipimin rejissoru rəhmətlik Arif Qazıyev oldu. Klipi Masallıda lentə aldıq. Arif müəllim qədər işində dəqiq insan idi ki, gecədən gedib bütün kollektivlə gölün kənarında qaldı ki, sübh tezdən qalxıb günəşin çıxmasını çəksin. Arif müəllim o klipi mənim üçün təmənnasız ekranlaşdırdı. Daha sonra onunla birlikdə silsilə kliplər ərsəyə gətirdik. Bu klip o illərdə çox məşhurlaşdı. Məhz bu mahnıya görə məni toylara və konsertlərə dəvət edirdilər” deyə sevilən müğənni bildirib.


Geri qayıt