Əsas Səhifə > Güney Press > Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdiBu gün, 09:44 |
|
“Latviya, Litva və Estoniya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hava zərbələri üçün hava dəhlizləri təklif ediblər”. Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Diplomat bildirib ki, Moskvanın Baltikyanı ölkələrin hava məkanından Rusiyanın mülki infrastrukturuna hücum edən Ukrayna dronlarının buraxıldığına dair təsdiqlənmiş məlumatlar var. Rusiya mediasının iddiasına görə, bundan əvvəl də regionun səmasında dəfələrlə Ukraynaya məxsus dronla müşahidə olunub. Estoniya, Latviya və Litva isə Rusiyaya cavab olaraq, Ukraynaya öz ərazilərindən istifadə üçün rəsmi icazə vermədiklərini bəyan edib. Geri qayıt |