Əsas Səhifə > Güney Press > Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olubBu gün, 09:32 |
|
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən neft terminalına zərbələr endirib. Bu barədə "Unian" məlumat yayıb. Məlumata görə, əsas hədəf Baltik dənizində neft məhsullarının yüklənməsi üzrə Rusiyanın ən iri dəniz terminallarından biri olan Sankt-Peterburq Neft Terminalı olub. Zərbələr nəticəsində terminal ərazisində yanğın baş verdiyi qeyd edilib. Bundan başqa, gecə saatlarında Rusiyanın digər bölgələrindən və işğal altında olan ərazilərdən də partlayış xəbərləri yayılıb. Luqanskda Kambrod rayonunda partlayışlar və ikinci dərəcəli detonasiya baş verdiyi bildirilir. Çuvaşıstanda isə hava həyəcanı elan olunub. Yerli sakinlərin paylaşdığı görüntülərdə "Flaminqo" raketlərinin uçuşu əks olunub. Geri qayıt |