Əsas Səhifə > Güney Press > Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Ankara Ermənistan sərhədində işləri sürətləndirirBu gün, 17:01 |
|
Türkiyə Ermənistanla sərhəddə Alican (Marqara) nəzarət-buraxılış məntəqəsinin hazırlanması üçün işləri gücləndirib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Türkiyə tərəfi aktiv mühəndislik işlərinə başlayıb və nəzarət məntəqəsi inşa edir. Eyni zamanda, ərazi abadlaşdırılır və müşahidə kameraları quraşdırılır”, - məlumatda deyilib. Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədi 1993-cü ildə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. Hazırda qardaş Türkiyə Ermənistanla sərhədin açılması məsələsini də Azərbaycanla koordinasiya edir. Geri qayıt |