Əsas Səhifə > Güney Press > “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb”
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb”Bu gün, 16:58 |
|
Meyvə-tərəvəz mövsümü olmasına baxmayaraq, qiymətlər hələ də yüksəkdir. Bızi istisnaları çıxmaq şərtilə pomidor 1-1.50, xiyar da təxminən eyi qiymətədir. Yay tərəvəzləri olan badımcan, lobya da 1 manatdan enmir. Bibərin qiyməti isə lap kəllə-çarxdadır. Ən ucuzu 1.20-1.30-dur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə idxaldan asılılığın minimuma endirilməsinin vacibliyini vurğulamışdı, tövsiyə və tapşırıqlarını vermişdi. Lakin məmurlar hələ də nə edəcəklərini bilmir və hərəkətsizdirlər. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a bilirib ki, Azərbaycanın iqlim şəraiti, coğrafi ərazisi və digər resursları imkan verir ki, özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin etsin: - Təəssüf ki, bazarlara, ticarət mərkəzlərinə nəzər saldıqda şahidi oluruq ki, idxaldan asılı vəziyyətə düşmüşük. Piştaxtalarda olan məhsulların xeyli hissəsi xaricdən gətirilmiş məhsullardır. Həmin malların qiyməti, mənşəyi, hansı xəstəliklərə səbəb olduğu başqa söhbətin mövzusudur. Amma yerli məhsulun inkişafındakı geriləmələr iş yerlərinin itirilməsindən, ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin olduğundan xəbər verir. Məgər aqrar məsələlərlə məşğul olan və birbaşa bu məsələlərə cavabdeh qurum Kənd Təsərrüfatı nazirliyi bu məqamları görmürmü? Ə.Bəydəmirli qeyd etdi ki, vətəndaş cəmiyyəti institutlarının geniş tədqiqat işinə ehtiyac var: - Bu və digər strateji sahələrlə bağlı geniş tədqiqatlar apararaq yekun məlumatları ortaya qoymaq lazımdır. Belə məsələlər ətrafında peşəkar müzakirələr ən azından QHT sektoru tərəfindən təşkil olunmalıdır. Millətə, dövlətə xidmət orda-burda deyinməklə deyil, hər kəs öz sahəsində faydalı çalışmaqla mümkün olur. Geri qayıt |