|
Türkiyədə iyun ayı üzrə inflyasiya göstəricilərinin açıqlanmasından sonra bəzi peşə sahiblərinin və dövlət qulluqçularının iyul ayından etibarən alacaqları yeni maaşlar müəyyənləşib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə bu ilin ilk altı ayı üzrə inflyasiya 17,76% təşkil edib. Yeni maaş cədvəlinə əsasən, müəllim, polis, həkim, mühəndis, tibb bacısı, professor və digər dövlət qulluqçularının aylıq maaşları artırılıb. Belə ki, 1-ci dərəcə, 4-cü pillədə (1/4) çalışan professorun aylıq maaşı 153 min 340 lirə (3 276 dollar) olub. Qeyd edək ki, ötən ilin ikinci yarısında professorun aylıq maaşı 111 min 348 lirə, bu ilin ilk yarısında isə 135 min 89 lirə olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, professorun aylıq maaşı 13,5% artırılıb. Onu da bildirək ki, iyul ayının 1-dən etibarən Türkiyədə prezidentin və millət vəkillərinin maaşları da artırılacaq. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-dən etibarən prezident kimi 354 min 497 lirə (7 min 575 dollar), sabiq millət vəkili kimi isə 201 min 658 lirə (4 min 309 dollar) alacaq. Nəticədə, Rəcəb Tayyib Ərdoğanın aylıq gəliri 556 min 155 lirə (11 min 884 dollar) təşkil edəcək. Türkiyədə millət vəkilləri isə iyulun 1-dən etibarən 310 min 332 lirə (6 min 631 dollar) maaş alacaqlar. 2026-cı ilin iyul ayından qüvvəyə minəcək yeni maaşlar aşağıdakı kimi olacaq: Prezident – 354 497 lirə (7 575 dollar) Millət vəkili – 310 332 lirə (6 631 dollar) Professor (1/4) – 153 340 lirə (3 276 dollar) Mütəxəssis həkim (1/4) – 170 749 lirə (3 648 dollar) Mühəndis (1/4) – 109 209 lirə (2 334 dollar) Şöbə müdiri (ali təhsilli, 1/4) – 107 135 lirə (2 290 dollar) Elmi işçi (7/1) – 102 804 lirə (2 197 dollar) Vəkil (1/4) – 102 159 lirə (2 183 dollar) Polis (8/1) – 92 643 lirə (1 980 dollar) Baş müəllim (1/4) – 92 192 lirə (1 970 dollar) Vaiz (1/4) – 87 009 lirə (1 859 dollar) Tibb bacısı (5/1) – 84 871 lirə (1 813 dollar) Müəllim (1/4) – 83 280 lirə (1 779 dollar) Mütəxəssis (11/1) – 75 904 lirə (1 622 dollar) Dövlət qulluqçusu (9/1) – 73 097 lirə (1 562 dollar).
Geri qayıt
|