Əsas Səhifə > Güney Press > 350 minlik iş Hadı Rəcəblinin oğluna verildi
350 minlik iş Hadı Rəcəblinin oğluna verildiBu gün, 16:19 |
|
Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksi üzrə inşa olunmuş qazanxananın “Mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması işlərinə 354 008 AZN xərclənəcək. Pravda.az-ın xəbərinə görə, xidməti “City Service” MMC göstərəcək. Vəsaiti isə “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xdiməti” public hüquqi şəxsi ödəyəcək. Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Rəcəbli Tural Hadı oğludur. Qeyd: T.Rəcəbli mərhum sabiq deputat Hadi Rəcəblinin oğludur. Geri qayıt |