Əsas Səhifə > Güney Press > Müctəba Xameneyi sağdır?

Müctəba Xameneyi sağdır?


Bu gün, 13:40

İranın hazırkı ali lideri Ayətullah Müctəba Xameneyinin sağ olub-olmaması ilə bağlı son aylar müxtəlif iddialar səslənir.

Bəzi məlumatlarda onun ağır yaralı olduğu, digər xəbərlərdə isə fevralın 28-də ailə üzvləri ilə bərabər İsrail hərbi hava qüvvələrinin bormbardmanı zamanı həlak olduğu bildirilir.

Qeyd edək ki, Müctəba Xameneyinin həyatını itirməsi barədə deyilənlər hələ öz təsdiqini tapmayıb. Hətta ABŞ kəşfiyyatı və rəhbərliyi də onun sağ olduğunu, yaralı olması ehtimalını səsləndirir.

İran rəsmiləri isə Müctəba Xameneyinin sağ olduğunu və strateji əhəmiyyətli qərarları birbaş ali liderin verdiyini deyir.

Siyasi müşahidəçilərin fikrincə, Müctəba Xameneyinin sağ olub-olmadığı atası Ayətullah Seyid Əli Xameneyinin və ailə üzvlərinin dəfn mərasimi zamanı məlum olacaq. Ali liderin ailə üzvləri ilə vidalaşmağa gəlməməsi onun sağ olduğuna şübhə yaradır.

İran hakimiyyəti Müctəba Xameneyinin dəfndə iştirak etməməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Lakin sözügedən mərasimdə 100 ölkənin dövlət və hökumət başçıları, eləcə də siyasi və ictimai xadimləri iştirak edəcək.

Yəni həmin şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub. Belə olan halda Müctəba Xameneyinin qatıldığı tədbirin bombardman ediləcəyi barədə deyilənlər də inandırıcı görünmür.

Lakin Tehrandakı İmam Xomeyni adına Məsciddə keçirilən vida mərasimində qoyulan tabutların sayı Müctəba Xameneyinin sağ olduğuna dair ehtimallartı artırır.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında Ayətullah Seyid Əli Xameneyinin olduğu iqamətgaha 30 tona yaxın bomba atılıb. Həmin vaxt onun özü, həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadə, gəlini, Müctəba Xameneyinin həyat yoldaşı Zəhra Həddad Adel, Müctəbanın 14 aylıq qızı Zəhra Məhəmməd Qolpayeqani və Seyid Əli Xameneyinin kürəkəni Misbahül-hüda Baqeri Kəni (Ali Rəhbərin qızı Büşra Xameneyinin həyat yoldaşı) həlak olublar.

Tehranda keçirilən dəfn mərasimində İranın dövlət bayrağına bükülmüş 5 tabut qoyulub. Onlardan biri Ayətullah Seyid Əli Xameneyiyə aiddir. Həmin tabutun üzərində mərhum ali liderin əmmaməsinin olması bunu sübut edir.

İkinci tabut böyük ehtimalla ali rəhbərin xanımına məxsusdur. Üçüncü sırada gəlinin cənazəsi qoyulmuş tabut yer alır. Bunu Zəhra Həddad Adelin yanında kiçik uşaq tabutunun yer alması sübut edir. Körpənin tabutunun üzərində onun fotoşəkli də qoyulub.

Digər tabutun isə ali liderin kürəkəninə aid olduğu şübhə doğurmur. Əgər Müctəba Xameneyi həlak olsaydı onun cənazəsinin olduğu tabut da vidalaşmaq üçün məscidə gətirilərdi.

Üstəlik, o, ali lider statusuna malik olduğuna görə, bunu bildirən nişanə qoyulardı. Bütün bunlar Müctəba Xameneyinin sağ olduğu qənaətini yaradır.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt