Əsas Səhifə > Güney Press > Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxsBu gün, 13:10 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib. Bu zaman Hüseyn Həsənovun 2008-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub. Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib və ilk baxış iclasını iyulun 17-nə, saat 10:00-a təyin edib. Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və Zəfər Məmmədov birlikdə fəhlə işləyib və eyni evdə kirayədə qalıblar. Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə yaranıb və bir-birlərinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə zamanı Hüseyn Həsənov Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra isə cinayətdə istifadə etdiyi bıçağı qonşunun həyətinə atıb. Ev sahibinin sözlərinə görə, Hüseyn Həsənov hadisəni törətdikdən sonra evi də yandırmağa cəhd edib. Hüseyn Həsənova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə ittiham irəli sürülüb. Geri qayıt |