Əsas Səhifə > Güney Press > Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib?
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib?Bu gün, 12:17 |
|
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan brifinqdə onun Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə olduğu üçün Milli Məclis sədrliyinə namizəd göstərilməsinin Ankaraya jest olduğu barədə iddialara münasibət bildirib. Teleqraf xəbər verir ki, o, belə iddiaların doğru olmadığını deyib. “Əvvəlcə sizi məlumatlandırmaq istəyirəm ki, bəli, Milli Məclisin sədri vəzifəsinə namizəd göstərilmişəm. Seçiləcəyim təqdirdə isə aydındır ki, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyətimi davam etdirməyəcəm. Beləliklə, onların irəli sürdüyü konspiroloji nəzəriyyənin təxminən 90 faizi puç olur. Bu cür iddialar Ermənistan xalqına qarşı hörmətsizlikdir. Çünki Ermənistanda bütün dövlət vəzifələrinə təyinatlar dolayı yolla da olsa, ölkə xalqının iradəsi ilə formalaşır”, - Rubinyan qeyd edib. Xatırladaq ki, Ruben Rubinyan Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətində keçirilən gizli səsvermədə parlament sədrliyinə namizəd seçilib. Bu postda o, hazırkı spiker Alen Simonyanı əvəzləyəcək. Geri qayıt |