Əsas Səhifə > Güney Press > Ermənilər Naxçıvanın statusunu qəbul etmir
Ermənilər Naxçıvanın statusunu qəbul etmirBu gün, 11:52 |
|
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen Azərbaycanda Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı üçün 200 milyon avroya qədər qrant ayrılacağı barədə dedikləri Ermənistanın bəzi dairələrində dolaşıq rərlər yaradıb. Yada salaq ki, fon der Lyeyen həmçinin Avropa İttifaqının Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı bir araya gətirəcək regional bağlantı üzrə Bakıda investisiya konfransı təşkil etməyi planlaşdırdığını açıqlayıb. Lyeyenin Naxçıvan üzərindən dəmir yolu əlaqəsinin açılmasından da bəhs edib. Musavat.com step1.am-a istinadən xəbər verir ki, yolun açılması üçün 1921-ci il Rusiya-Türkiyə Qars müqaviləsinə əsasən, Naxçıvanın statusunu dəqiqləşdirmək lazımdır. "Yalnız bu yaxınlarda Əliyev Naxçıvan Konstitusiyasını dəyişdirib və Qars müqaviləsinə istinadı aradan qaldırıb. Lakin bu, Naxçıvanın statusunu aydınlaşdırmaq üçün heç nə deyil. Bu status yalnız Ermənistanın yeni Konstitusiyanın qəbul edilməsi ilə müəyyən edilə bilər. Məhz buna görə də Bakı Ermənistan Konstitusiyasında dəyişikliklər tələb edir".Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib. Yada salaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb. İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Erməniləri Naxçıvanın statusu ilə bağlı yeni oyunun nə olduğu tezliklə bilinəcək. Geri qayıt |