Əsas Səhifə > Güney Press > Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı materialBu gün, 10:23 |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib. Bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin nəticələrində əks olunub. Məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 75 əməkdaş, o cümlədən 42 rəhbər vəzifəli şəxs barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Bundan başqa, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Geri qayıt |