Əsas Səhifə > Güney Press > Qazaxda POLİS GÜNÜ qeyd olundu
Qazaxda POLİS GÜNÜ qeyd olunduBu gün, 09:49 |
|
Bu gün fəxr və qürurla söyləyirik ki, Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını müstəqil, suveren, qalib dövlətin vətəndaşı olaraq qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər orqanlarının keçdiyi çətin və şərəfli xidmət yoluna baxıb qürurlanmamaq mümkün deyil. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Qazax Rayon Polis Şöbəsinin bir qrup əməkdaşını xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə Fəxri Fərmanla təltif edib. İcra başçısı həmçinin, Qazax Rayon İcra Hakimiyyətində xidmət edən polis əməkdaşlarını da əlamətdar gün münasibətilə təbrik edərək onlara Fəxri Fərmanlar təqdim edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatında xidmət göstərən Tovuz Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantları Şükürov Məhəmmədəli Möhübbət oğluna, Hacıyev Arzu Hüseyn oğluna, Məmmədov Samir Semur oğluna səmimi təbriklərini çatdırıb, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Geri qayıt |