Əsas Səhifə > Güney Press > “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu

“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu


Bu gün, 09:42

Bakının Nərimanov rayonunda yerləşən “Araz” marketdən 14 manatlıq oğurluq edən şəxs inzibati qaydada həbs olunub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirləndirilən şəxs marketdən 10.50 manat dəyərində saç boyası və 3.50 AZN qiyməti olan uşaq qolbağı oğurlayıb.

Bu əmələ görə o, 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Maraqlıdır ki, təqsirləndirilən 1983-cü il təvəllüdlü B.Məmmədov oğurladığı məhsulları “Araz” marketə qaytarsa da, mağaza rəhbərliyi şikayətini geri götürməyib.

Məsələ burasındadır ki, İXM-nin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində

nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.

Məhkəmə B.Məmmədovun zərəri ödəməsinə baxmayaraq, “Araz” market rəhbərliyinin şikayətçi olduğunu əsas götürərək iş üzrə icraata xitam verməyib.


Geri qayıt